Modern.az

Milli Məclisin Komitə sədri: “İmperator Nikolaya Naxçıvan qovunu göndərirdilər...”

Milli Məclisin Komitə sədri: “İmperator Nikolaya Naxçıvan qovunu göndərirdilər...”

Parlament

26 Yanvar 2011, 14:54

"SSRİ rəhbəri Brejnev üçün Azərbaycandan qara kişmiş üzüm aparılıb"

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Mədəni bitkilərin səmərəli istifadəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri ölkə bazarlarına çıxarılan geni dəyişdirilən meyvələrdən ciddi narazılıq ediblər.  Modern.az-ın məlumatına görə, komisisyanın sədri Eldar İbarhimov bildirib ki, Azərbaycanda tarixən bitən meyvə və giləmeyvə növlərinin bərpa edilməsi və inkişafı vacib məsələdir.
Hələ çox keçmiş zamanlardan yurdumuzun torpaqlarında yetişən meyvələrin özünün xüsusi dadı və keyfiyyəti ilə seçildiyini deyən E.İbrahimov maraqlı faktlar açıqlayıb. Deputat deyib ki, SSRİ-nin rəhbəri Brejnev üçün xüsusi olaraq Azərbaycanın qara kişmiş üzmü göndərilərdi.  
“Rus imperatoru 2-ci Nikolaya yalnız Naxçıvan qovunu aparılırmış. Bunlar tarixi faktlarıdr və ölkəmizin torpaqlarının bərəkətini göstərir. Bu yöndə məsələlər inkişaf etməidir”.
Deputat Arif Əşrəfov isə vaxtilə dünya şöhrəti qazanmış Azərbaycanın alma növlərinin kökünün kəsilmə təhlükəsindən danışıb. Millət vəkili bildirib ki, Azərbaycan bazarları geni dəyişdirilmiş meyvələrə doldurulub.
“Bununla bağlı məsələ ciddi müzakirə edilməlidir. Ölkəmizin təbii meyvə bitkilərinin əkilməsi və bu sahəyə diqqətin artırılması vacibdir”-deyə millət vəkli vurğulayıb.

Müzakirələrin sönunda Aqrar siyasət komitəsi müzakirə olunan “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Mədəni bitilkərin səmərəli istifadə edilməsi haqqında”qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir