Modern.az

Artur Rasizadə deputatın xahişini nəzərə alıb göstəriş verdi

Artur Rasizadə deputatın xahişini nəzərə alıb göstəriş verdi

Parlament

26 Yanvar 2011, 16:27


Millət vəkili Vahid Əhmədov Quba-Xaçmaz bölgə sakinlərinin meyvəçilikdə xəstəlik və zərərvericilərə qarşı istifadə edilən dərman preparatlarının keyfiyyətsiz, köhnə olması, bu səbəbdən də ildən-ilə meyvənin keyfiyyətinin və istehsalının aşağı düşməsi barədə çoxsaylı müraciətlərini nəzərə alaraq, problemin araşdırılması, müvafiq tədbirlərin görülməsi xahişi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edib.
Bu barədə Modern.az saytına deputatın özü məlumat verib.

Bildidb ki, sözügedən problem bölgə fermerlərini çox ciddi şəkildə narahat edir. “Bu vaxta qədər aidiyyatı nazirlik və təşkilat nümayəndələrinin iştirakı ilə Quba rayonunda keçirilmiş
tədbirlər və yekunda qəbul edilmiş qərarlar təəsüf ki, heç bir
nəticə verməyib”.
Deputat deyib ki, onun müraciəti və Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin məsələnin öyrənilməsi ilə bağlı göstərişindən sonra bu problemə cavabdeh olan təşkilatlar yerlərdə araşdırmalara başlayıblar. Bölgəyə kimyəvi preparatların gətirilməsi və satışı ilə "Ema", "Aqrokimya" və "Tovuz" şirkətləri məşğul olur.
Məsələnin əhəmiyyətini və daha dərindən öyrənmək məqsədi ilə Vahid Əhmədov Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun
emi işlər üzrə direktor müavini, kənd təsərrüfatı elmləri
namizədi, dosent Sahib Cabbarov və İnstitutun proqnoz şöbəsinin
müdiri, biologiya elmləri namizədi, dosent Elçin Xəlilovla
görüşüb. Görüşdə bir çox məsələləri müzakirə olunub. Qərara alınıb ki, ki, nöqsanları aradan qaldırmaq məqsədi ilə Milli Məclisdə
baxılması üçün təkliflər hazırlansın. Bu istiqamətdə işlər davam
etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır