Modern.az

Milli Məclisin deputatı: “Hicab bağlamaq namus-qeyrət demək deyil”

Milli Məclisin deputatı: “Hicab bağlamaq namus-qeyrət demək deyil”

27 Yanvar 2011, 16:41

«İranın “Səhər” telekanalı Azərbaycan haqqında həmişə çirkin verilişlər verir. Amma İranla biz qonşuyuq, bu dövlətlə yaxşı iqtisadi-siyasi münasibətlərimiz var. Əlbəttə, mən çox təəssüf edirəm ki, İran tərəfdən bu münasibətlərə xələl gətirilir. İran dövləti Azərbaycanın daxili işinə qarışmamalıdır».
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komiətsinin sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov deyib ki, Azərbaycanda kim hicab bağlayır və ya bağlamırsa, bu bizim daxili işimizdir. Çünki Azərbaycan İslam dövləti deyil. İslam dövləti İran, Pakistandır.

«Hər ölkənin özünün daxili qayda-qanunları var. Azərbaycan Avropaya inteqrasiya edən sivil, demokratiik ölkədir. Demokratik ölkədə kimi məcbur etmək olar ki, başına hicab bağlasın. Amma çox təəssüflər olsun ki, İran tərəfi, islamçılar bizim aramızda, uşaqlarımızın arasında təbliğat aparırlar ki hicab bağlasınlar. Bu hicab bağlamaq nə verir? İranın özünə nə verib ki, Azərbaycana da nə versin? Ona görə də, mən Azərbaycanda hicab bağlamağın özünü geriliyə, cəhalətə qayıdış hesab edirəm. Biz demokratik ölkəyik, irəli gedirik. Hicab bağlamaq nə namus, nə də qeyrət demək deyil. Qanun-qayda var, məktəbdə hicab bağlamaq olmaz, kimsə hicab bağlayırsa, buyursun evdə ərinin yanında səhərdən axşama kimi bağlasın. İstəsələr, hicabı gecə yatanda da hicabı açmasınlar»-deyə komitə sədri vurğulayıb.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir