Modern.az

Türkiyədə 2 diplomat vəzifəsindən çıxarıldı

Türkiyədə 2 diplomat vəzifəsindən çıxarıldı

26 İyul 2016, 14:03

 

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı 2 səfir işdən çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Fətullahçılarla əlaqədə olduqları güman edilərək işdən çıxarılan diplomatlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş və daha sonra Türkiyə XİN-də işini davam etdirmiş Tuncay Bablıdır. 

Digəri isə Türkiyənin UNESCO yanındakı səfiri Gürcan Balıkdır. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu