Modern.az

Şirvanda silah zavodunda PARTLAYIŞ - Ölən və yaralananlar var - YENİLƏNİB

Şirvanda silah zavodunda PARTLAYIŞ - Ölən və yaralananlar var - YENİLƏNİB

26 İyul 2016, 16:03

Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. 

 

Modern.az musavat.com-a istinadla xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

 

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

 

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. 

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.

 

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

 

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır.

 

***

Modern.az bildirir ki, zavoda yaxın ərazidə yaşaya sakinlər təxliyyə olunur.  Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

 

Modern.az 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir