Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki partlayışla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.
"Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın",-deyə nazirlikdən bildirilib.
Gülşən RAUFQIZI