Modern.az

Silah zavodundakı partlayışda yaralananların sayı 11-ə çatdı -YENİLƏNİB

Silah zavodundakı partlayışda yaralananların sayı 11-ə çatdı -YENİLƏNİB

26 İyul 2016, 17:06

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayışda xəsarət alan 9 nəfər xəstəxanaya müraciət edib. Bunu Modern.az saytına Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov deyib.

 

O bildirb ki, müraciət edənlərdən 6 nəfəri hospitalizasiya olunub:

 

“Xəsarət alanlardan 3 nəfəri qadındır. Yaralıların vəziyyəti orta-ağırdır. 1 nəfər isə komadadır”.

 

Həkim deyib ki, ölənlərin olması istisna edilmir:

 

“Onlar  bizim xəstəxanaya gətirilməyib. Bizdə olan məlumata görə, partlayış səbəbindən içəriyə daxil olmaq mümkün deyil. Ona görə də xəsarət alanların artacağı istisna edilmir”.

 

***

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb.

 

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI