Modern.az

MSK referendum hazırlıqlarına BAŞLADI

MSK referendum hazırlıqlarına BAŞLADI

26 İyul 2016, 16:54

 

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.

Modern.az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.

 

MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib.

İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir