Modern.az

Türkiyədə tutulan jurnalistlərin sayı 15-ə çatdı

Türkiyədə tutulan jurnalistlərin sayı 15-ə çatdı

26 İyul 2016, 23:03

Fetullahçı Terrör Təşkilatının  (FETÖ) dövlət çevrilişinə cəhdlə bağlı dindirilmə çərçivəsində haqlarında yaxalama qərarı çıxarılan 42 jurnalistdən tutulanların sayı 15-ə yükəslib.  Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, yaxalama qərarı İstanbul Respublika Baş Prokurorluğunun Terror ve Təşkilatı Suçlar Bürosunda çıxarılıb.

Muğlanın Bodrum mahalında gözaltına alınan jurnalist Nazlı Ilıcak  İstanbula getirildikten sonra Şişli Etfal Xəstəxanasında sağlıq müayinəsindən keçirilib. Nədən gözaltına alındığı ilə bağlı suala Ilıcak belə cavab verib: “Mən özüm təslim  oldum”. Bəzi vətəndaşlar Ilıcaka təpki göstərib.

O, “haqqımda “qaçdı” deyənlərə çox  üzülürəm. Mən vətənimdən ayrılmaram” -, deyib.

Manisada saxlanılan Hanım Büşra Erdalın da İstanbula  gətirildiyi bildirilib.

Daha öncə Seyit Kılıç, Yakup Sağlam, Bayram Kaya, Cihan Acar, Bünyamin  Köseli, Emre Soncan, Mustafa Erkan Acar, Cemal Azmi Kalyoncu, Abdullah Kılıç,  Habip Güler, Mehmet Gündem, Cuma Ulus və Hüseyin Aydın saxlanılıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu