Modern.az

Yerevan müxalifəti izdihamlı yürüşə başlayıb - VİDEO

Yerevan müxalifəti izdihamlı yürüşə başlayıb - VİDEO

26 İyul 2016, 23:48

İrəvanda patrul xidməti alayının binasını zəbt etmiş qiyamçılara dəstək məqsədilə Xorenatsi küçəsində keçirilən aksiyaya toplaşan müxalifət təmsilçiləri Ermənistanın kiçik mərkəzi hesab oluna ərazidə yürüşə başlayıblar. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, etirazçılar Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Polisinin yerləşdiyi Nalbandyan küçəsi ilə hərəkət edərək Respublika Meydanını keçmək və yenidən Xorenatsi küçəsinə qayıtmaq istəyirlər.

 

Bu arada Ermənistanın ən məşhur müğənni və bəstəkarlarından biri Ruben Haqverdyan üsyançıları dəstəkləyib: "Mən bir şeyi bilirəm: Serjik Sarkisyanı hakimiyyətə Rusiya xüsusi xidməti gətirib və bu gün də əlindən gələni edir ki, onu postunda saxlasın. Sarkisyan da əvəzində xalqımızı məhv edib, Ermənistanı Rusiyanın poliqonuna çevirmək istəyir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi