Türkiyə “Türk axını” qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.
“Mən düşünmürəm ki, söhbət burada bu layihələrin icrasının mümkünsüzlüyündən gedir -, deyə nazir bildirib.
“Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur”, - deyə Zeybəkçi bildirib.
Qeyd edək ki, illik ötürmə gücünün 63 mlrd. kubmetr olduğu “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.
Modern.az