Modern.az

Şirvandakı partlayışda yaralananlardan 1-i Bakıya GƏTİRİLDİ

Şirvandakı partlayışda yaralananlardan 1-i Bakıya GƏTİRİLDİ

27 İyul 2016, 10:09

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən biri Bakıya gətirilib.

 

Səhiyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, xəstə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

“Hazırda Xəstəxanada 7 nəfər müalicə alır. Onlardan 3-ü bu gün evə buraxılacaq. 1 nəfər Bakıya gətirilib. Qalanlar isə axşama qədər xəstəxanada qalacaqlar, vəziyyətləri yaxşı olsa, yaxın günlərdə evə buraxıla bilələr”- deyə nazirlikdən bildirilib.

İyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər xəsarətləri alıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 

Hadisə nəticəsində müəssisənin iki əməkdaşı –Ağamir Məmmədov və İlhamə Nuriyeva həyatını itirib.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı