Modern.az

Petropavlovsk-Kamçatski rəhbərliyi Ermənistanı bəyənmədi, Azərbaycanı seçdi

Petropavlovsk-Kamçatski rəhbərliyi Ermənistanı bəyənmədi, Azərbaycanı seçdi

27 İyul 2016, 11:01

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərinin rəhbərliyi Azərbaycan diasporuna müraciət edib və ölkəmizlə sıx əlaqələr qurmaq istəklərini çatdırıblar.

 

Bu barədə Modern.az-a Petropavlovski-Kamçatskidəki Azərbaycan diasporundan məlumat verib.

 

Belə ki, bir müddət öncə Petropavlovski-Kamçatskidəki erməni diasporunun başçısı Artur Manveloviç Xaçataryanın təşkilatçılığı ilə Ermənistanda olan Kamçatka əyalət rəhbəri İlyuxin Vladimir İvanoviç bu ölkəyə səfər etməkdən məmnun olmadığını dilə gətirib.

 

İ.V.İvanoviç erməni diaspor rəhbərinə bildirib ki, Ermənistandakı hazlırki durum, iqtisadi vəziyyət, turizm potensilaı onu qane etmir.

 

Petropavlovski-Kamçatskidəki azərbaycanlı iş adamları və diaspor nümayəndələri ilə görüşən əyalət rəhbəri İlyuxin Vladimir İvanoviç deyib ki, Azərbaycandakı inkişafı yaxından izləyir və ölkəmizə səfər etməkdə çox maraqlıdır.

 

Əyalət rəhbəri əlavə edib ki, Ermənistanla müqayisədə Azərbaycanla əlaqələrə daha çox üstünlük verirlər.

 

İ.V.İvanoviç Azərbaycandakı siyasi, sosial və iqtisadi inkişafı müsbət qiymətləndirərək bildirib ki, Petropavlovski-Kamçatskidəki Azərbaycan diasporu ilə daha yaxşı preskpektivlərə imza ata bilərlər.

 

Petropavlovski-Kamçatskidəki diaspor nümayəndələri yaxın zamanlarda qarşlıqlı səfərlərin təşkil ediləcəyini də vurğulayıblar.

 

Ağa Akifoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır