Modern.az

Şirvandakı partlayışda adamları xilas etməyə çalışan bu şəxs öldü - FOTO

Şirvandakı partlayışda adamları xilas etməyə çalışan bu şəxs öldü - FOTO

Aktual

27 İyul 2016, 11:19

 

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayış zamanı həlak olan iki nəfərdən biri Ağamir Məmmədov adlı hərbi zavodun işçisidir.

 

Modern.az-ın xəbərinə görə, hərbi zavodun əməkdaşı Ağamir Məmmədov partlayış baş verən an zavodu tez tərk edib xilas olmaq şansı olmağına baxmayaraq, geriyə qayıdıb insanları xilas edərkən qəhrəmancasına həlak olub.

 

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.Partlayış nəticəsində 2 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 

Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir