Modern.az

Gələn ildən pensiyaya çıxanlar minimum 90 manat təqaüd alacaqlar

Gələn ildən pensiyaya çıxanlar minimum 90 manat təqaüd alacaqlar

28 Oktyabr 2009, 16:50

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslüm Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, Səlim Müslümov bu il pensiyaların artırılmasının gündəlikdə durmadığını ancaq gələn il növbəti artımın baş verəcəyini qeyd edib.

Onun sözlərinə görə, pensiyaların baza və sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılır. Hazırda isə ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığlndan bu il pensiyanın məbləği artırılmayacaq. S.Müslümov deyib ki, gələn il yanvarın 1-dən sonra pensiyaya çıxanların təqaüdünün məbləği 90 manatdan aşağı olmayacaq. Buna pensiya qanununa əlavə və dəyişikliklər imkan yaradıb.

Pensiya təyinatı zamanı bəzi nöqsanlara yol verildiyini bildirən S.Müslümov qeyri-qanuni yollarla təqaüdə çıxan 100 nəfərin pensiyası təminatının ləğv olunduğunu deyib. 

Neqativ hallar bir neçə ay ərzində davam edən yoxlamalar nəticəsində aşkarlanıb. DSMF sədri bildirib ki, sığorta-pensiya sisteminin islahatları çərçivəsində əmək pensiyaları əmək stajına əsasən veriləcək: “Əmək stajına görə pensiyaların verilməsi 2006-cı ildən pensiya yaşına çatmış insanlara şamil olunacaq. Hazırda fond tərəfindən 2006-cı ilədək pensiya yaşına çatmış şəxslərin əmək pensiyası alması məsələsinin həlli üçün hüquqi əsaslar işlənib hazırlanır. S.Müslümovun sözlərinə görə, hazırda ölkədə 1,3 milyon təqaüdçü var. Azərbaycanda orta əmək pensiyası 75 manat təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?