Modern.az

Qabil Hüseynli: “Cinayət eləməmişik ki, istefa vermişik də...”

Qabil Hüseynli: “Cinayət eləməmişik ki, istefa vermişik də...”

28 Yanvar 2011, 14:15

“Biz Müsavat partiyasından yubley ilində isefa verməmişik. İstefamız ötən il olub. Bir də ki, əgər yubley ilində partiyadan istefalar olursa, deməli bunun ciddi səbəbləri var”. Bu sözləri Modern.az saytına açıqlamasında  Müsavat Partiyasından istefa vermiş Divan üzvü Qabil Hüseynli başqan İsa Qəmbərin bununla bağlı ittihamlarına münasibət bildirib.

Q. Hüseynlinin sözlərinə görə insanların partiyaya gəlib-getmələri müəyyən səbəblərlə bağlı olur. Odur ki, bundan ittiham kimi istifadə edilməsini yolverilməz sayır. “Biz cinayət eləməmişik ki... İstefa vermişik”-deyə Q.Hüseynli vurğulayıb.

Müsavat Partiyasının 100 illik yubleyinə gəlincə, keçmiş müsavatçı bildirib ki, bu bayram tədbirlərini öz aralarında qeyd edəcəklər.
“Biz müsavatçılıq ideologiyasından imtina etməmişik. Yubley tədbirlərində də iştirak edə bilərik”-deyə Q.Hüseynli bildirib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər “Bizim Yol” qəzetinə müsahibəsində yubley ilində partiayadan istefa verənlərin addımlarını narazılıqla qarşılayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü