Modern.az

“Onun yarısı» verilişi barədə şok iddialar

“Onun yarısı» verilişi barədə şok iddialar

Media

29 Yanvar 2011, 18:30

Zaur Baxşəliyevdən DİN-ə şikayət ediblər...

“Azad Azərbaycan” Televiziyasında (ATV) yayımı dayandırılan “Onun yarısı” verilişi ətrafında qalmaqal davam edir. “Bizim Yol” qəzeti bu günkü sayında verilişlə bağlı şok məlumtlat dərc edib. Modern.az qəzetdə gedən yazını qısa ixtisarla oxuculara təqdim edir.  Redaksiyaya hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, həmin verilişlə bağlı insan alveri ittihamı ortaya çıxıb. Mənbə qeyd edir ki, telekanalda verilişin yayımının dayandırılması da bununla bağlıdır.

“Artıq insan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə də müraciət edilib. Mənbə qeyd edir ki, bir qrup qadın həmin verilişə öz “oğlanlarını” çıxardaraq ora gələn qızları almağa razı olduqlarını bildiriblər. Bununla bağlı həmin telekanaldakı layihə çərçivəsində Bakıda yerləşən şadlıq sarayında toy mərasimi qurulur. Mərasimdən sonra həmin qızları Dubaya və Türkiyəyə apararaq, cinsi istismara məruz qoyurlar. Mənbə bildirir ki, bu səbəbdən veriliş bağlanıb və aparıcısı Zaur Baxışəliyev cəzalandırılıb. Bir az əvvəl sadalanan ehtimallar araşdırıldıqdan sonra Zaur Baxışəliyev telekanladan kənarlaşdırılıb”-deyə qəzet yazır.

“Onun yarısı”nda ərə gedən  Nənəxanım ərinin bütün qızıllarını oğurlayaraq qaçıb

Bundan başqa həmin layihə çərçivəsində Nənəxanım adlı bir qız Rusiyada yaşayan azərbaycanlı biznesmenlə tanış olub. Həmin verlişdə tanış olan “cütlük” ailə həyatı qurublar. Nənəxanımla Bakıda toyu olandan sonra bizrnesmen onu Rusiyaya aparıb. Bir müddət Rusiyada qalan Nənəxanım “ərini” qarət edib və Azərbaycana qaçır. Mənbənin sözlərinə görə, Nənəxanım  azərbaycanlı biznesmenin külli miqdarda qızılını və pulunu oğurlayıb. Var-dövləti talanan biznesmen Bakıya gəlib, əvvəlcə ATV-yə şikayət edib.
ATV rəhbərliyi məsuliyyət daşımadığını və qadının ünvanından xəbəri olmadığını bildirib. Bundan sonra biznesmen Nənəxanımın və  “Onun yarısı” verilişinin aparıcısı Zaur Baxışəliyevin barəsində Daxili İşlər Nazirliyinə şikayət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə qəzetə   açıqlamasında bu məlumatları nə təsdiq, nə də təkzib edib. E.Zahidov deyib ki, ATV telakanalında yayımlanan “Onun yarısı” verilişi ilə bağlı Daxili İşlər Nazirliyinə heç bir şikayət edilməyib.

Qeyd edək ki, ANS telekanalında da ATV-də yayımı dayandırılan “Onun yarısı” verilişinə oxşar layihə həyata keçirilir. Mətbuatın yaydığı məlumata görə, ANS-də yayımlanan “Toy olsun” verilişinin də yayımının dayandırılması üçün tədbirlər həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki verilişə gələn qızları efirə çıxarırlar. Həmin efirdə də qızlara elçilik oyunu həyata keçirilir və sonda çütlüyü evləndirirlər.
Belə layihələr dünya telekanllarında da həyata keçirilir. Misal üçün, Türkiyənin STV telekanalında yayımlanan “Evləndirək” proqramında da insan alveri faktı ortaya çıxmışdı. Həmin telekanalın rəhbəri bu faktı araşdıraraq, müəyyən edəndən sonra jurnalist əməliyyatı həyata keçirmişdi; verilişə gələn kişinin niyyətini ifşa edərək faktı canlı efirdə yayımlamışdı. Lakin Azərbaycan telekanllarında belə əməliyyatlar həyata keçirilmir. Kimin kimdən xoşu gəldi evləndirirlər.

Bir neçə əvvəl ATV-də yayımlanan “Qəfəs” verilişi ilə də yuxarıların tələbi ilə bağlanmışdı. Həmin verilişdə oğlan və qızları eyni evdə saxlayaraq layihə həyata keçirirdilər. Evin hər yerinə  kameralar qoyaraq qızların hərəkətlərini lentə alırdılar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu