Modern.az

Bakıda təbii qaz oğurlayan çoxlu mənzillər aşkarlanıb

Bakıda təbii qaz oğurlayan çoxlu mənzillər aşkarlanıb

28 Oktyabr 2009, 18:52

ARDNŞ-nin “Azəriqaz” İB ayrı-ayrı abunəçilər tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
ARDNŞ-nin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, bu günlərdə Bakı şəhəri Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən inventarizasiya zamanı Yasamal Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə kodlaşdırılmamış 7 sayğaclı və 37 sayğacsız mənzildə, Sabunçu Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 31 sayğaclı və 76 sayğacsız mənzildə təbii qazdan qeyri-qanuni istifadə halı aşkarlanıb. Həmin mənzillərin qaz xətləri qaynaq edilərək kəsilib. “Qaz oğurluğu” ilə məşğul olmuş abunəçilərə müvafiq qaydada cərimə tətbiq edildikdən sonra mənzillərin qazlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərin Qaz İstismar Sahəsinə təqdim edilməsi barədə xəbərdarlıq edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi