Modern.az

Milli Məclisin komitə sədri: “Yeni seçkilər barədə təklif acı gülüş doğurur”

Milli Məclisin komitə sədri: “Yeni seçkilər barədə təklif acı gülüş doğurur”

Parlament

31 Yanvar 2011, 16:08

“Xalq seçimini edib və  xalqın bu seçiminə bu şəkildə yanaşmaq xalqa hörmətsizlikdir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova İctimai Palatada Müsavat başqanı İsa Qəmbərin yeni parlament seçkiləri keçirilməsi tələbinə münasibət bildirirərkən deyib. Deputatın sözlərinə görə, bundansa etriaf etsinlər ki, siyasi arenada fəaliyyət göstərmək gücündə deyillər.
“Bu qüvvələr xalqın seçkdiklərinə hörmət etmirlərsə, heç olmasa xalqa hörmət etsinlər. Bu insanların belə fikirlərinə acıyıram. Onların belə addımları acı gülüş doğurur”. 

R. Aslanovanın sözlərinə görə, yenidən parlament seçkilərinin keçirilməsi tələbi ideya qıtlığı nəticəsidir. “Görünür onalrın bütün imkanları tükənib. Onların bu addımını başqa cür qiymətləndirmək mümkün deyil”-deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, İctimai Palatanın şənbə günü keçirilən sessiyasında çıxış edən Müsavat başqanı İsa Qəmbər ölkədə yenidən parlament seçkilərinin keçirilməsini tələb edib.

Müsavat başqanı bildirib ki, “iki aydan sonra hakimiyyət yalvaracaq ki, gəlin parlamenti buraxaq, yeni seçkidə iştirak edin. Amma o zaman bəlkə biz razı olacağıq, lakin xalq razılaşmayacaq”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?