Modern.az

YAP-ın referendum hazırlıqlarına nələr daxildir? - AÇIQLAMA

YAP-ın referendum hazırlıqlarına nələr daxildir? - AÇIQLAMA

8 Avqust 2016, 13:13

 

Referendumla bağlı artıq hazırlıqlara start verilib.

 

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında  deyib ki, artıq 40 min imzanın toplanması mümkün olub.

 

“Hazırlıqlar ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası referenduma görə təşviqat qrupu yaradıb. Bununla əlaqədar təşviqat üzvlərinin toplantısı keçirilib. Sənədlər Mərkəzi Seçki Komisiyasına (MSK) təqdim olunub. Seçicilər tərəfindən imzatoplama kampaniyasına başlanılıb.

 

Demək olar ki, imzatoplama kampaniyası bütün dairələr üzrə gedir. Qanuna uyğun olaraq, 60 dairədən 100 imzadan az olmamaq şərtilə imza toplanır.  Biz həmişə olduğu kimi bütün dairələrdən imzaları toplayacağıq. Ən azı 100 imza olmaqla bütün dairələrdən  40 min imza tələb olunur. 40 min imza toplanıb başa çatdıqdan sonra digər sənədlərlə birgə  MSK-ya təqdim olunur. Sənədlər də yoxlandıqdan sonra təşviqat qrupu qeydiyyatdan keçir və sentyabrdan təbliğat və təşviqat kampaniyasına başlanıla bilər”.

 

YAP rəsmisi bildirib ki, bu prosesdə 900 və 1000 arası insanın iştirak etməsi gözlənilir.

 

“Bununla əlaqədar  Mərkəzi Seçki Komissiyasından göndərilmiş imza vərəqələri "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən yerlərə göndərilib və rayon, şəhər təşəbbüs qrupunun üzvlərinə paylanılıb. Hər bir  imza vərəqini toplamaq  üçün bir nəfər müəyyənləşdirmişik.

 

Yəni hər imza vərəqəsində 50 imza var. Təxminən 900 və  1000 arası insan bu prosesdə iştirak edəcək. Bugünkü günə hələlik 60-dan artıq rayon şəhər təşkilatı imzaları toplayıb. Bu da təxminən 90 dairəyə yaxın toplanan imza vərəqələridir. Bunlar Mərkəzi Qərargaha təqdim olunur və orada bir daha yoxlanılır. Müvafiq qovluq şəklinə salındıqdan sonra MSK-ya təqdim olunacaq”.

 

Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklə bağlı referendum keçiriləcək.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi