Modern.az

Deputat ad gününü qeyd edir

Deputat ad gününü qeyd edir

1 Fevral 2011, 11:03

Milli Məclisin deputatı Zahid Oruc bu gün ad gününü qeyd edir. Modern.az-ın məlumatına görə, Zahid Məhərrəm oğlu Orucov  1972-ci il fevralın 1-də Gədəbəydə anadan olub. 1989-cu Texniki Universitetə daxil olub. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub.

Bundan sonra Fizika İnstitutunun elmi işçisi olub.

1993-cü ildən fəal siyasi həyata başlayıb. İlk olaraq Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri olub..

1996-2000-ci illərdə Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışıb.

1997-ci ildən Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavinidir. 1999-2000-ci illərdə "Ana vətən" qəzetinin redaktoru olub.

2001, 2005 və 2010-ci ildə 93 saylı Bərdə şəhər seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.  Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir