Modern.az

Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Hadisə

9 Avqust 2016, 11:26

Olimpiya Oyunlarının geridə qoyduğumuz günündə qadınların qılıncoynatma yarışında Rusiya yığmasının erməni mənşəli üzvü Yana Yeqoryan Olimpiya çempionu adını qazandı.

 

Modern.az xəbər verir ki, finalda Yeqoryan öz həmyerlisi Sofiya Velikayanı gərgin mübarizədə 15-14 hesabı ilə məğlub edib.

 

Erməni mənşəli idmançının 1993-cü il dekbarın 20-də Yerevanda anadan olduğu və 6 yaşında ailəsi ilə Rusiyaya köçdüyü bildirilir.

 

Maraqlıdır ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılınoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Jemayeva Azərbaycan yığmasının tərkibində Dünya və Avropa çempionu olub.

 

Onun həyat yoldaşı İlqar Məmmədov isə 1988-ci il Seul Olimpiya Oyunlarının qalibi olub. Məmmədov hazırda Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir. Cütlüyün Milena və Ayla adlı qızları var.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?