Modern.az

Ziyafət Əsgərovdan xarici diplomatlara sərt xəbərdarlıq

Ziyafət Əsgərovdan xarici  diplomatlara sərt xəbərdarlıq

1 Fevral 2011, 13:18

“Bir sıra səfirliklər agentura işi aprır”

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov  parlamentin bu günkü iclasında beynəlxalq təşkilatların faəliyyətini tənqid edib. AŞPA-nın siyasi məhbuslar üzrə Azərbaycana təyin etdiyi məruzəçinin işinə toxunan Z.Əsgərov bildirib ki, bir sıra ölkələr bu kartdan dövlətin daxili işlərinə qarışmaq üçün istifadə edirlər.
“Dünyada sisyasi məhbus anlayışı tərifi yoxdur. Niyə bu Avropa Şurası hüquqları pozulan qaçqın və məcburi köçkünlərlə bağlı məruzəçi təyin eləmir?”-deyən vitse-spiker bəzi Avropa dövlətləri tərəfindən “mağara siysəti” yürüdüldüldüuün bildirib.
“Bu nə deməkdir? Elə müsəlmanları qırın, xristinalara dəyməyin..”/

“Vikiliks” saytı tərəfindən xarici ölkə səfirliklərinin qapalı yazışmalarına dolayısı ilə toxunan Z.Əsgərov bir sıra səfirlikləri agentura fəaliyyəti göstərməkdə ittiham edib.
“Bir sıra səfirliklər nə qədər agentura işi ilə məşğul olacaqlar? Öz işləri ilə məşğul olmalıdırlar”-deyə narazılğını ifadə edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...