Modern.az

Qızmar günəş altında İŞLƏTMƏK - nazirlik hansı işəgötürəni cəzalandırıb?

Qızmar günəş altında İŞLƏTMƏK - nazirlik hansı işəgötürəni cəzalandırıb?

10 Avqust 2016, 16:28

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti  işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

 

 Eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Son günlər Azərbaycan ərazisində havalar güclü istilərlə müşayiət olunur. İstisna deyil ki, hansısa işəgötürən tərəfinsən qanunvericiliyin tələbləri pozulun.

Belədə hansısa təşkilat və ya sahibkar Əmək Məcəlləsini pozduğuna görə cəzalanıbmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, nazirliyə hələ ki hər hansı işçi tərəfindən şikayət daxil olmayıb.

“Əgər hər hansı işçi qanunvericilikdə əksini tapmış normalara zidd hallarla rastlaşarsa nazirliyin “142 çağrı mərkəzi”nə müraciət edə bilər, nazirlik rəsmisi bildirib.

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi