Modern.az

Milli Məclisdə Novella Cəfəroğlunun 70 yaşı köhnə yaranı qopardıb

Milli Məclisdə Novella Cəfəroğlunun 70 yaşı köhnə yaranı qopardıb

1 Fevral 2011, 14:32

Milli Məclisin bu günkü iiclasında Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun 70 yaşının tamam olması ilə əlaqadar

spikerdən onun prezident təqaüdü və ya hansısa dövlət mükafatı ilə təltif olunması üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırmağı xahiş edib.

YAP-çı deputat Siyavuş Novruzov özünün çıxışı zamanı həmkarının təklifinə münasibət bildirərkən hüquq müdafiəçilərini ölkəmizin mənfi imicinin yaradılmasında əli olmasında günahlandırıb: “Konkret Novella Cəfəroğluna şamil etmirəm. Amma bu hüquq müdafiəçilərinin fəaliyyətidir ki, ölkəmiz barədə belə fikirlər yaranır. Onlar hansı bir müəllimi və ya həkimin hüquqlarını müdafiə ediblər?”

Oqtay Əsədov da onlardan narazılığını ifadə edib. Milli Məcisin sədri deyib ki, Azərbaycandan Avropa Şurası Parlament Assambleyasına gedən hüquq müdfiəçiləri ölkə haqqında yalnız mənfi imic yaradırlar. «Ora gedənlərin də bir nəfərindən müsbət fikir eşitmirsən. Elə bil hamısı əvvəlcədən planlaşdırılmış çıxışlardır və ancaq mənfi formadadır. Gərək belə məsələlərə diqqət yetirək”-deyə spiker Fazil Mustafanin təklifinə münasibət bildirməyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir