Modern.az

Milli Məclisin sədri: “Misirlə paralellər aparmaq düzgün deyil”

Milli Məclisin sədri: “Misirlə paralellər aparmaq düzgün deyil”

Parlament

1 Fevral 2011, 17:13

Spiker deputatları diqqətli olmağa çağırdı

Milli Məclisin sədri Oqtay Əsədov Misirdə baş verən hadisələrə münasibətini bildirib. Modern.az-ın məlumatına görə, Milli Məclisin axşam iclasında çıxış edən spiker son zamanlar ölkənin bir sıra müşahidəçiləri tərəfindən Azərbaycanda da hər hansı sosial partlayış təhlükəsi barədə deyilənləri təkzib edib. “Misirlə paralellər aparmaq düzgün deyil”-deyən O.Əsədov deputatları diqqətli olmağa çağırıb.

Axşam iclasında çıxış edən deputatlar Qüdrət Həsənquliyev və Fazil Mustafa Tarif Şurasının qiymətləri qaldırmasını tənqid ediblər.
Fazil Mustafa bildirib ki, suydan istifadənin və sərnişindaşımada qiymətlərin artmasının ağrısını sadə əhali çəkir. O, Misirdə baş verən proseslərin də məhz sosial çətinliklərdən başladığını xatırladıb.

YAP-çı deputat Siyavuş Novruzov isə Tarif Şurasının bu qərarını dəstəkləyib. Deputat bildirib ki, bu qərar vətəndaşlarda sosial məsuliyyət hissinin artırmağa kömək edəcək. “Prezident bir dəfə işıqpulu ilə bağlı 200 milyon manatı xalqa bağışladı. Bu sosial himayənin göstəricisidir. Vətəndaş daha səhərə qədər su kranını açıq qoymayacaq”.
Misirlə Azərbaycanın müqayisə edənləri ittiham edən S.Novruzov deyib ki, Hüsnü Mübarəkin problemləri Misirə aiddir və burada oxşarlıq müşahidə edilmir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır