Modern.az

Oqtay Əsədov: “Axşam küçəyə çıxmaq olmur… Biabırçılıqdı”

Oqtay Əsədov: “Axşam küçəyə çıxmaq olmur… Biabırçılıqdı”

1 Fevral 2011, 17:40

Modern.az xəbər verir ki, Milli Məclisin axşam iclasında millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev  yol polisləri tərəfindən küçələrdən maşınların evuakatorla özbaşına aparmalarına etiraz ediblər. Millət vəkilləri bildiriblər ki, maşınlar yol kənarından heç bir xəbardarlıq edilmədən götürülür. Bu isə əhali arasında narazılıq yaradır. 
YAP-çı millət vəkili Siyavuş Novruzov isə yol polislərinin hərəkətinə haqq qazandırıb. Deputat  bildirib ki, yol kənarında pərakəndə halda süni şəkildə salınan dayanacaqların sahibləri bəlli deyil. “Qollarında qırmızı sarğı taxıb durular. Onların yığdıqları pullar hara, kimə gedir bəli deyil”.

Milli Məclisin spikeri Oqtay Əsədov da yollarda ciddi tıxacların olmasından narazılıq edib. Spiker bildirib ki, maşınlarını harda gəldi saxlamaqla sürücülər tıxac problemini dərinlışdirir. “Axşam saat 5-dən sonra küçələrə çıxmaq olmur. Biabırçlıqdı”-deyə O.Əsədov vurğulayıb. Spiker qeyd edib ki, hazırda nəqliyyatın idarə olunması haqqında qanun hazırlanır və məsələ tənzimlənəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir