Modern.az

Ramil Usubov və Rauf Arifoğlu arasında görüş olub

Ramil Usubov və Rauf Arifoğlu arasında görüş olub

1 Fevral 2011, 19:19

Fevralın 1-də daxili işlər naziri Ramil Usubovla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun görüşü olub. Bu görüş barədə “Musavat.com”a danışan Rauf Arifoğlu deyib ki, görüş “Yeni Müsavat”ın müxbiri Elmin Bədəlovun Misirin Bakıdakı səfirliyi qarşısında saxlanması faktı ilə əlaqədar qəzet rəhbərliyinin Daxili İşlər Nazirliyi mətbuat xidmətinə müraciətindən sonra olub:

“Mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova məlumat verdik ki, fevralın 1-də müxbirimizi səfirliyin önündən reportaj hazırlayarkən saxlayıbılar. Doğrusu, Sadiq Gözəlovdan heç zaman görmədiyimiz kəskin cavablar aldıq. Bir az sonra isə xəbər göndərdi ki, bu məsələ ilə əlaqədar cənab nazir baş redaktorla görüşmək istəyir. Mən də getdim, görüşdüm.

Görüş yarım saata yaxın çəkdi. Nazir mənə dedi ki, son günlər Misir səfirliyinin mühafizəsi gücləndirilib, ora diqqət artırılıb. Bizim müxbir isə heç bir xüsusi icazəsi olmadan faktiki olaraq Misir ərazisinə girib. Buna görə də saxlanıb”.

Bundan sonra nazir son günlər qəzetlərdə, xüsusilə də “Yeni Müsavat”da polis və DİN əleyhinə yazıların getdiyini vurğulayıb. Rauf Arifoğlu deyir ki, Ramil Usubov bu yazıların obyektib olmadığı qənaətindədir və onlardan narazıdır. Onun sözlərinə görə, bu yazılar Azərbaycan polisini gözdən salmaq məqsədi daşıyır və qərəzlidir. R.Usubov R.Arifoğlundan xahiş edib ki, bu cür məsələlərdə obyektivlik prinsipinin qorunmasına çalışsınlar.

Baş redaktor bildirib ki, nazirin bütün irad və qınaqlarına müvafiq cavablar, izahatlar verib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir