Modern.az

Deputat: “Təhsildə "özəl", "dövlət" sözünün işlədilməsi düzgün deyil”

Deputat: “Təhsildə "özəl", "dövlət" sözünün işlədilməsi düzgün deyil”

2 Fevral 2011, 11:17

Xarici ölkələrdə özəl ali təhsil müəssisələrinə daha böyük üstünlük verilir. Hətta reytinqə görə özəl universitetlər dövlət təhsil müəssisələrindən öndə gedir.
Bizdə isə vəziyyət bir qədər başqadır. Özəl təhsil müəssisələrinə münasibət o qədər ögeydir ki, hətta işə götürüləndə də bu məsələ mənfilik kimi dəyərləndiriılir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev Modern.az saytına deyib ki, təhsildə “özəl”, “dövlət” sözünün işlədilməsi düzgün deyil:
“Təhsil müəssisəsi ölkənin təhsil strategiyasını həyata keçirir. Burada özəl, bələdiyyə, dövlət təhsil müəssisələrinin hər biri eyni  istiqamətdə addımlar atır. Sadəcə olaraq fərq maliyyələşmə ilə bağlıdır. Bü gün istər özəl, istərsə də dövlət təhsil müəssisələrinə qəbul prosesində heç bir fərq yoxdur. Hesab edirəm ki, özəl təhsil müəssisələrinə ögey baxış sovetdən qalma məsələdir. Ancaq onu deyə bilərəm ki, bizim universiteti bitirənlər hər bir sahədə çalışırlar. Onların arasında yüksək vəzifədə çalışanlar da kifayət qədərdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir