Modern.az

Əli Hüseynli amnistiya haqqında Modern.az-a nələri danışdı?

Əli Hüseynli amnistiya haqqında Modern.az-a nələri danışdı?

2 Fevral 2011, 13:33

Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli Ombudsman Elmira Süleymanovanın məhkumların kütləvi azadlığa buraxılmasını nəzərdə tutan amnistiya təklifinə münasibər bildirib. Qeyd edək ki, ötən gün ölkə mətbuatı bu münasibəti müxtəlif şəkildə, təhrif edilmiş formada dərc edib. Modern.az komitə rəhbərinin açıqlamasını diqqətə çatdırır.

Məsələyə münasibət bildirən deputat bizimlə söhbətdə qeyd edib ki, Ombudsman Elmira Süleymanova Milli Məclisdə amnistiya elan olunması ilə bağlı təkliflə çıxış edib: “Bu, ancaq təklifdir. Çünki mətbuatda təkliflə çıxış edən tərəfə bir sıra suallar ünvanlandı ki, bu, “neçə şəxsi əhatə edə bilər..”. Təbii ki, bu suallar cavablandırıla bilməz, çünki, bu təklifdir.
“Amnistiya haqqında” qanun layihəsini ancaq qanunverici təşəbbüs hüququ olan şəxslər təqdim edə bilər. Çünki “Amnistiya haqqında” qərar bir qanun layihəsidir. Bunu isə ölkə Prezidenti, parlament və yaxud da digər bu səlahiyətdə olan subyektlər təqdim edə bilər”.

Məsələnin ictimai tərəfinə toxunan komitə rəhbəri deyib ki, Ombudsmanın bu təklifi az qala “Amnistiya haqqında” qərar layihəsi kimi qəbul olunur: “Hətta suallar ünvanlanır ki, “bu qərar neçə insana şamil olunur...”. Bu baxımdan hamı bilməlidir ki, bu qərar deyil, sadəcə bir təklifdir. Bu cür təkliflər çoxlu sayda olur. Adi vətəndaşlar da bunu edə bilər, millət vəkilləri də. Yəni belə bir təklifin xüsusi qüvvəsi yoxdur”.

Ə.Hüseynli parlamentin dünənki  iclasına diqqət çəkərək təəssüflə deyib ki, bu mövzü bir qədər siyasi populizmlə istifadə olunur: “Bir sıra dırnaqarası hüquq müdafiəçiləri də bu amnistiya təkilifini dəstəkləyirlər. Amma təəssüf edirəm ki, bir çox şəxslər amnistiya institutunun mahiyyətini tam dərk edə bilməyiblər. Qanunvericilikdə bu məsələ tənzimlənir, Cinayət Məcəlləsində amnistiya ilə bağlı maddə var. Düzdür, Azərbaycanda amnistiyanın pirinsiplərini özündə ehtiva edən xüsusi qanun yoxdur. Amma bu institutun mahiyyəti hamıya məlumdur. Belə bir xüsusi qanun olmasa da, artıq təcrübə var. Acı təcrübə də var, 1992- ci il...
Ona oxşar təklif  dünən də səsləndirildi. Əslində o qızıl filan deyil, “qızıl” sözü bu amnistiyaya uyğun gəlmir. Necə ona qızıl demək olar ki, 1992-ci ildə qəsdən adam öldürmə, zorlama, quldurluq cinayətinə görə, onlarla adam amnistiya ilə azadlığa buraxılmışdı. Əslində, faktiki olaraq qanun qəbul olunmamaışdı. Şifahi bir göstərişlə 630-a yaxın şəxs buraxılmışdı.
1992- ci ildə ordu, könüllülər, Azərbaycan gəncliyi o günə qalmamışdı ki, onun yerinə məhkumlar döyüşsün. Hətta dünən də səsləndirildi ki, ömürlük azadlıqdan məhrum olmuş şəxslərə də amnistiya tətbiq olunsun. Bu, əlbəttə ki, yolverilməzdir. Azərbaycanda belə bir mənfi president 1992-ci ildə olub... İndiyə qədər bizdə 8 amnistiya qərarı qəbul olunub. Sonuncunu xatırlayırsınız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  təqdim etmişdi. Digərlərini, o zaman ümummilli lider Heydər Əliyev, sonra Prezident İlham Əliyev...
Demək istəyirəm ki, bu amnistiya aktının meydana gəlib çıxması, “Amnistiya haqqında” qərar layihəsi, ümumiyyətlə amnistiyanın həyata kecirilməsi Milli Məclisdə səsləndirildi. Amma bu, sadəcə hansısa günlə, bayramla, taxiri hadisə ilə bağlı ola bilməz. Ona görə ki, “Amnistiya haqqında” qanunu hazırlamamışdan əvvəl cinayətkarlığın dinamikası ilə bağli  ciddi statistik təhlillər olmalıdır. Birinci onu qeyd etmək istəyirəm ki, amnistiya daha çox yüngül cinayət törətmiş, ictimai təhlükəli olmayan cinayətlər törətmiş şəxslərə şamil olunur. Hətta bu qadınlara, uşaqlara şamil olunsa da, yenə də əsas göstərici cinayətin özünün motividir. Budur amnistiyanın mahiyyəti, ona görə heç bir halda söhbət gedə bilməz ki, nə zamansa ömürlük həbsə məhkum olunmuş şəxslərlə bağlı amnistiya tətbiq olunsun. O ki, qaldı onun zamanı, vaxtına, bir daha vurğulamaq istəyirəm ki, bu, hansısa bayramla əlaqəli olmur, ciddi statistik araşdırmalar olmalıdır. Amma bu araşdırmaları kim edə bilər.? Əlbəttə ki, Azərbaycanın penitensiar sistemi, hüquq-mühafizə orqanları sistemi...
Deyim ki, hər dəfə “Amnistiya haqqında” sənəd hazırlanmamışdan əvvəl belə araşdırmalar həyata kecirilib. Prezident Administrasiyasının müvafiq qurumları, şöbələri bunu həyata kecirir. Ötən amnistiya təklifini Heydər Əlivey Fondunun prezidenti təqdim etmişdi. O zaman da belə araşdırmalar olmuşdu. O zaman Mehriban xanım Əliyeva amnistiya ilə bağlı sənəd təqdim edəndə orada əsas istiqamət qadınlarla bağlı götürülmüşdü. O zaman bu akt məhkum olunmuş qadınların 60%-nə şamil olundu. Məqsəd bundan ibarət idi, hümanizm göstərilsin. Amnistiyada bu element var. İndi ortaya bir sual çıxır, “Amnistiya haqqında” növbəti qərarın qəbul olunmasına zərurət varmı? Bunun vaxtı çatıbmı? Onu deyə bilərəm ki, Azərbaycan məhkum olumuş şəxslərin sayına görə, hər 100 min nəfərə düşən saya görə, yaxşı mənada MDB ölkələrini də qabaqlayıb, Şərqi Avropa ölkələri ilə bir cərgədədir. Yəni burada çox müsbət bir dinamika var. Əslində, Azərbaycanda həyata kecirilən bu siyasət doğurdan da sırf bir humanist xarekter daşıyır”.

Deputat bildirib ki, humanist xarekretli olsa da, cinayətkarlığın dinamikası və ciddi statistik araşdırmalar həyata kecirmək zəruridir: “Bir daha qeyd edim ki, bu məsələ hər hansı tarixi günlə o qədər də bağlı olmur. Amma çox zaman bu, tarixi günlərə rəğmən edilir. Yenə də qayıdıram ona ki, bu o demək deyil ki, hansısa bayramda, tarixi gündə amnistiya olmalıdır. Dediyim birinci şərtə əməl olunursa, dediyim müəyyən tarixi günə rəğmən həyata kecirilir”.

Komitə rəhbəri onu da deyib ki, bu günə belə bir lahiyənin mövcudluğu bardə məlumatı yoxdur: “Amma yenə deyirəm, müvafiq dövlət orqanları mütəmadi olaraq bu araşdırmaları həyata kecirirlər, bu statistika, dinamika izlənilir. Ona görə istisna deyil, nə zamansa belə qərar layihəsi meydana çıxa bilər. Amma qeyd edilən məsələ bu günün işi deyil”.

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir