Modern.az

Qeyri-adi aksiya: qadınlar alt paltarlarını baş nazirə tullayacaqlar

Qeyri-adi aksiya: qadınlar alt paltarlarını baş nazirə tullayacaqlar

İqtisadiyyat

2 Fevral 2011, 15:13


İtaliyanın baş naziri Silvio Berluskonin istefasını tələb edən “Azadlıq və ədalət” ictimai birliyi qadınların qeyri –adi etiraz aksiyasına hazırlaşır. Modern.az “Daily Telegraph”a istinadən bildirir ki, aksiya zamanı qadınlar alt paltarlarını baş nazirin Milandakı villasına tullayacaqlar.

Bu hərəkatı “La Reppublica” qəzeti də dəstəkləyib. Bu yolla italyan qadınlar Berluskoninn qadınlar barədə dediklərinə və “don juan” imicinə etirazlarını ifadə edəcəklər.

Bu ölkədə həmçinin yaxın vaxtlarda “İtaliya fahişəxana deyil” şüarı ilə etiraz aksiyaları planlaşdırlır.

Qeyd edək ki, hazırda polis baş nazirin azyaşlı fahişələrlə əlaqəsi ilə bağlı ittihamı araşdırır. Berluskoni bu iddianı rədd edib və bildirib ki, “həyatında heç vaxt seksə görə pul ödəməyib”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir