Modern.az

Həmməruzəçilər əmin edildi ki, "Alternativ hərbi xidmət haqqında" qanun qəbul ediləcək

Həmməruzəçilər əmin edildi ki, "Alternativ hərbi xidmət haqqında" qanun qəbul ediləcək

3 Fevral 2011, 14:22

Ölkəmizdə səfərdə olan AŞPA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu bu gün Milli Məclisdə görüşlər keçiriblər. Modern.az-ın məlumatına görə, spiker Oqtay Əsədovla görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və digər məsələlərə toxunulub. Bildirilib ki, Azərbaycan Avropa Şurası qarşısında ümumilikdə 49 öhdəılik götürüb, onlardan 3-ü qismən, qalanları tamamilə yerinə yetirilib.

Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti ilə də görüşüblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu ilə görüşdə əsasən iki məsələ müzakirə olunub: Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri, o cümlədən alternativ hərbi xidmət məsələsi.

Görüş barədə saytımıza məlumat verən deputat Fazil Mustafa deyib ki, həmməruzəçilər Azərbaycanda alternativ hərbi xidmətlə bağlı vəziyyətə toxunublar, Azərbaycanın bununla bağlı götürdüyü öhdəliyi xatırladaraq alternativ xidmətin nə zamandan tətbiq oluna biləcəyilə maraqlanıblar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbərliyi həmməruzəçiləri əmin edib ki, Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanunun qəbul edilməsi nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?