Modern.az

"Turan" agentliyi Elxan Kərimovun yerinə yeni fotoqraf götürəcək

"Turan" agentliyi Elxan Kərimovun yerinə yeni fotoqraf götürəcək

3 Fevral 2011, 14:53

“Turan” İnformasiya Agentliyində mərhum fotoqraf Elxan Kərimovun yeri hələki boşdur və yeni işçi götürülməyib. Bu barədə Modern.az-a agentliyin baş direktoru Mehman Əliyev bildirib. Onun sözlərinə görə, hazırda “Turan”da fotoqraf şatıtı boşdur.

“Hələki fotoqrafın işini müxbirlərimiz özləri görürlər” deyən M.Əliyevin sözlərinə görə, “Turan” yaxın zamanda özünə yeni fotoqraf götürəcək:

“Biz agentlik üçün fotoqraf seçirik və yaxın zamanlarda seçim başa çatacaq, yeni fotoqrafımız bəlli olacaq”.

“Turan”ın tanınmış fotoreportyoru Elxan Kərimov ötən il dekabrın 19-da evində ürəktutmasından dünyasını dəyişib. O uzun müddət idi ki, bu agentlikdə çalışırdı.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir