Modern.az

Deputatlardan həyəcan siqnalı: “Yollar dağılır...”

 Deputatlardan həyəcan siqnalı: “Yollar dağılır...”

3 Fevral 2011, 17:43

Millət vəkilləri sürücülər arasında məsuliyyəti gücləndirmək üçün cərimələri sərtləşdirməyi təklif edirlər

Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında “İnzibati xətalar haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sərnişin və yük maşınları sürücülərinin inzibati məsuliyyətini müəyyən edən bir sıra dəyişiklərin vacib olduğunu deyib.

Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var və sürücülər arasında məsuliyyəti gücləndirmək üçün cərimələri sərtləşdirmək lazımdır.
Millət vəkili Cavid Qurbanov yük maşınlarının həddən artıq yüklənməsindən narazılğını ifadə edib. O qeyd edib ki, həddən artıq yük vurulmuş maşınlar yeni salınan yollar və körpülər üçün ciddi problemlər yaradır.
“Yollar dövlət büdcəsindən olan pullar hesabına salınır. Hər bir maşının yükgötürmə qabiliyyəti var. Yük maşınlarının həddən artıq yük götürərək bu yollarda hərəkəti yolun istismarında ciddi problemlər yaradır. Bu qayda ilə davam etsə, yollar sıradan çıxacaq”-deyə o vurğulayıb. 
C.Qurbanov bununla bağlı cərimələri sərtləşdirməyi təklif edib.
Millət vəkili Vahid Əhmədov da yük maşınlarından şikayət edib. Onun sözlərinə görə, Bakı –Qusar yolunun tikintisi hələ başa çatmasa da, artıq onun istifadəyə verilmiş hissəsinin sıradan çıxma təhlükəsi yaranıb.

Deputat Rövşən Rzayev isə şəhərdə avtobus sürücülərinin yollarda təhlükə yaratdığını deyib. Onun sözlərinə görə, bununla bağlı ciddi tədbirlər görülməlidir.

Millət vəkili İlham Əliyev də yolların istismarında üzə çıxan problemlərdə yük maşınlarını günahkar sayıb. Onun sözlərinə görə, bununla bağlı cərimələr 3 dəfə artırılmlıdır.  “Nəqliyyat Nazirliyi sürücülərə lisenziyanı 1 aylıq müddətində verib. Bu müddəti artırmaq lazımdır. Çünki bu müddət üçün lazım olan sənədləri düzəldənə qədər vaxt keçir”.

Müzakirələrdən sonra deputatlar əlavə və dəyişiklikləri Milli Məclisin plenar iclasına tövsiyə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir