Modern.az

Deputat növbəti dəfə seçicilərini qəbul edib (Fotolar)

Deputat növbəti dəfə seçicilərini qəbul edib (Fotolar)

4 Fevral 2011, 11:35

Fevralın 3-də deputat Novruz Aslanov (Novruz Aslan) İsmayıllı rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib. Havanın və rayona gedən yolun əlverişsiz olmasına baxmayaraq görüş qrafikə uyğun olaraq deputatın ofisində baş tutub. Hər dəfə olduğu kimi bu gün də görüşə gələndərin sayı az olmayıb.

Keçən həftə görüş zamanı Yeniyol kənd sakinləri tərəfindən təbii qazın verilməsinə dair deputata müraciət edilmişdi. Həmin müraciətə əsasən N. Aslanov «Azəriqaz» İB-ə müraciət ünvanlayıb. Ümumiyyətlə bu sahədə deputat mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir və bunun sayəsində rayonda bir çox məsələlər öz müsbət həllini tapıb.

Müraciətlər sırasında müalicə, müayinə, torpaq sahəsi, fəxri adın verilməsi və digər yardımlar yer tutub.

Ərizələrin bir hissəsi müalicəyə aid olub. Xüsusilə, onkoloji və digər əməliyyatların edilməsinə köməkliyin göstərilməsi barədə ərizələr çoxluq təşkil edib. Bu istiqamətdə deputat həm müayinə, həm də müvafiq müalicənin təmənnasız təşkili üçün kifayət qədər işlər görüb. Digər məsələlər aidiyyəti üzrə yerli icra strukturuna yönəldilib.
"Belə məsələlər hazırda icraatdadır və deputat özü bu işlərin icrasına nəzarət edir. Sakinlərin müraciətinə əsasən görülən işlər barədə deputat tərəfindən onlara fərdi qaydada yazılı məlumat verilir. Bütün ərizələrə baxılır və müvafiq addımlar atılır-dey deputatın qrargahından bildirilib.    

Bu dəfə deputata müraciət edən bəzi sakinlərin qaldırdığı məsələləri nəzərinizə çatdırırıq:

1.         Dubrovin Nikolay -İvanovka kəndi, kənd təsərrüfatı işçisidir, fəxri adın verilməsinə köməklik,
2.         Qasım Məmmədov -İsmayıllı şəhəri, müalicə məqsədilə Almaniyaya getməsinə köməklik,
3.         Elmira Paşayeva -İsmayıllı şəhəri, oğlunun əməliyyat olunmasına köməklik,
4.         Elşad Səfixanov -Ruşan kəndi, işə düzəlməsinə köməklik,
5.         Vüqar Zərbalıyev -Topçu kəndi, müalicəsinə maddi yardım,
6.         Cilovxan Piriyev -Aşağı Cülyan kəndi, oğlunun həbs edilməsi ilə əlaqədar,
7.         Tural Xalıqov -İsmayıllı şəhəri, maddi yardım
8.         Nasir Məmmədov -Lahıc qəsəbəsi, həyətyanı torpaq sahəsinə yolun açılmasına köməklik.

 

 

 

 

 

 

 

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir