Modern.az

“Qismət olar, mən də Məkkəyə gedərəm” - Partiya sədrlərinin Həcc ARZUSU

“Qismət olar, mən də Məkkəyə gedərəm” - Partiya sədrlərinin Həcc ARZUSU

26 Avqust 2016, 10:35

Bütün müsəlmanların səbirsizliklə gözlədiyi növbəti Həcc ziyarəti bir neçə gündən sonra  başlayır. Qrafikə görə, zəvvarlar Azərbaycandan sentyabrın 2-si, 3-ü və 4-ü yola düşəcəklər. Ziyarət ümumilikdə 16 gün davam edəcək. Zəvvarlar sentyabrın 18-dən geri dönməyə başlayacaqlar. Bu il  Azərbaycandan kvota üzrə 1040 zəvvar Həcc ziyarətinə yola salınacaq.

Modern.az saytı bununla əlaqədar olaraq siyasi partiya rəhbərlərindən Həcc ziyarətində iştirak edib- etməyəcəkləri barədə soruşub.

Klassik Xalq Cəbhəsi Partiyasının ( KXCP) sədri Mirmahmud Mirəlioğlu deyir ki, bu il Həcc ziyarətinə gedə bilməyəcək:

“Səbəbi odur ki, Həccə gedən şəxsin boynuna haqq gəlməlidi. Mənim boynuma bildiyim qədər haqq gəlməyib. Amma İnşallah, qismət olar nə vaxtsa gedərəm. Mənim məlumatıma görə,bizim partiyadan bu il Həcc ziyarətinə gedənlər yoxdur. Allah bütün Həcc ziyarətinə gedənlərin ziyarətini, əməllərini, ibadətlərini və qurbanlarını qəbul eləsin və onlar da ən əsası ziyarətlərinə layiq olsunlar”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP)  sədri Sərdar Cəlaloğlu deyir ki, partiyadan Həcc ziyarətinə getmək istəyən yoxdur:

“Gələcəkdə mən özüm istiyərəm ki, Həccə gedim. Bunun üçün də iqtisadi imkan lazımdı. İqtisadi imkanım olmadığı üçün də getmirəm. Amma Allah qoysa, mütləq Həcc ziyarətinə nə vaxtsa getmək istiyərəm”.

 

Böyük Qurtuluş Partiyasının (BQP) sədri Fazil Mustafa  bildirdi ki, o, artıq bir dəfə Həcc ziyarətində olub:

“İnşallah, gələcək də də ziyarət edərəm. Amma bu il hələ ki planımda yoxdur. Partiyadan kimlərinsə Həcc ziyarətinə getmək istədiyi barədə məlumata malik deyiləm”.

 

“Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov xəstə olduğum üçün bu il Həcc ziyarətinə getməyəcək: “Üzvlərimizdən də kiminsə Həcc ziyarətinə getməyi ilə bağlı heç bir məlumatım yoxdur”.

 

Keçmiş deputat hacı Qalib Salahzadə əvvəlcə Həccə gedənlərə uğurlu yol arzuladı:

“Bir məsələ ilə əlaqədar olaraq bu il mənim Həcc ziyarətim alınmadı, gedə bilməyəcəm. Amma Həcc ziyarəti başa çatdıqdan sonra Ümrəyə (kiçik Həcc) gedəcəm”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir