Modern.az

Millət vəkilindən maraqlı təklif: “Deputatlar and içsin…”

Millət vəkilindən maraqlı təklif: “Deputatlar and içsin…”

Parlament

4 Fevral 2011, 18:11

Millət vəkili Zahid Oruc deputatların and içməsi ilə bağlı yeni təklif irəli sürüb. O, Modern.az-a bildirib ki, dünya parlamentarizmində olduğu kimi, Azərbaycanda da millət vəkilləri öz fəaliyyətlərinə başlayarkən and içməlidirlər.

“Azərbaycanda dövlət qulluqçularının, hakimlərin and içməsi kimi bir ənənə mövcuddur. Həmçinin, mən parlamentdə mandatların təqdim olunmasını da bir ritual kimi qiymətləndirirəm”-deyə millət vəkili qeyd edib.

Z.Oruc onu da əlavə edib ki, belə bir təcrübə bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyə, ABŞ, Almaniya və Böyük Britaniyada da mövcuddur.

Millət vəkili daha sonra Milli Məclisin işinin təkmilləşdirilməsi və  bu istiqamətdə aparılan işlərdən danışıb: “Hazırda Milli Məclisin dövlət qulluğunda mühüm yerə sahiblənməsi prosesi davam edir. Bununla bağlı hüquqi baza yaradılıb və bütün prosedurlar müəyyənləşib”.

Z. Oruc ölkənin ali qanunverci orqanı olan Milli Məclisdə digər ali instansiyalar arasında da əməkdaşlıq əlaqələrinin yüksək olduğunu vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı