Modern.az

Ali Məhkəmə uşarları övladlığa götürmə məsələsini müzakirə edib

Ali Məhkəmə uşarları övladlığa götürmə məsələsini müzakirə edib

Təhsil

29 Oktyabr 2009, 21:14

Oktyabrın 29-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti  Plenumu keçirilib.
Modern.az xəbər verir ki, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində  görülən işlərdən danışıb.
Plenumda “Övladlıga götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi  təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub. Bildirilib ki,  məhkəmələr övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxarkən bir sıra pozuntulara yol verirlər.
Belə ki, məhkəmə övladlığa götürmə ilə bağlı qərar verərkən həm övladlığa götürənin, həm də övladlığa verilənin sağlamlıq durumu ilə bağlı həkim rəyi tələb etməlidir. Həmçinin övladlığa götürənin həmin uşağı saxlamaq üçün maddi imkanının olub-olmadığını araşdırmalıdır. Lakin təcrübədə məhkəmələrin bu halları araşdırmadıqları, övladlğa götürənlərin böyük əksəriyyətinin 65 yaşdan yuxarı şəxslər olduğu məlum olub. Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki, övladlğa götürənlərin məqsədi övladlığa götürülənlərin gələcəkdə onların əmlaklarına sahib olmaq və onların təqaüdlərini almaq istəyidir. Ümumiləşdirmə zamanı məlum olub ki, 2008-ci ildə məhkəmələr tərəfindən bu qəbildən olan 792 işə baxılıb. 2007-ci ildə isə bu göstərici 959 təşkil edib. Həmin işlərdən 617-si övladlığa götürmə, 45-i isə övladlığa götürmənin ləğvi ilə bağlıdır. 792 işdən 724-ü üzrə qətnamə çıxarılıb, 60 iş baxılmamış saxlanılıb, 8 iş üzrə icraata xitam verilib. Qətnamə çıxarılan 724 işdən 706-sı təmin olunub, 18-i isə rədd edilib. Övladlığa götürülən uşaqlardan 477 nəfəri 10 yaşınadək, 99 nəfəri 10-17 yaşınadək olan uşaqlardır. Övladlığa verilən uşaqların 457 nəfəri hər iki, 119 nəfəri isə bir valideyni olan uşaqlardır. Övladlığa götürülən uşaqlardan 559 nəfəri Azərbaycan vətəndaşlarına, 7-si isə əcnəbi vətəndaşlara (Türkiyə, ABŞ, Norveç, Rusiya və Gürcüstan) verilib. Azərbaycan vətəndaşlarına övladlığa verilənlərin əksəriyyəti yaxın qohumluq münasibətlərində olan şəxslərdir. Məhkəmələrin yol verdiyi nöqsanlardan digəri isə övladlğa götürmə və ya övladlğa götürmənin ləğvi ilə bağlı məhkəmə qərarlarının açıq elan olunmasıdır. Qanuna görə, bu qəbildən olan işlərə məhkəmələr qapalı iclasda baxmalıdılar. Lakin bütün məhkəmə qərarlarının açıq elan edilməsi övladlığa götürmə ilə bağlı sirrin yayılmasına səbəb olur.
Ali Məhkəmənin Plenumu yekunda övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərlə bağlı qərar qəbul edib. Qərarda məhkəmələrə nöqsanların aradan qaldırılması və bu işlərə baxılarkən qeyd olunan məsələlərlə bağlı araşdırma aparılması tövsiyə olunub. Ali Məhkəmə övladlığa götürmə ilə bağlı məhkəmə qərarlarının qapalı elan olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edəcək.
Plenum konkret cinayət və mülki işlərə də baxıb. Plenum müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edib.
Plenumun işində Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  təhsil  nazirinin  müavini  Elmar  Qasımov  iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir