Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
Modern.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahidlər ifadə verib.
Növbəti məhkəmə prosesi sentyabrın 6-a təyin olunub.
E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Gülşən RAUFQIZI