Modern.az

İspaniyadan ərazi bütövlüyümüzə hörmətsizlik - “XİN məsələyə reaksiya verməlidir”

İspaniyadan ərazi bütövlüyümüzə hörmətsizlik - “XİN məsələyə reaksiya verməlidir”

Hadisə

31 Avqust 2016, 11:47

Ötən gün Modern.az-ın təqdim etdiyi foto ciddi müzakirələr yol açmışdı. 

 

Belə ki, 1945-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunda anadan olan Svetlana Vartanyan-Torakanyan adlı erməni mənşəli qadının İspaniya vətəndaşlığına keçən zaman  aldığı şəxsiyyət vəsiqəsində Hadrut rayonu Ermənistan ərazisi kimi təqdim edilmişdi.

 

 Avropa Birliyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənəd vasitəsilə şübhə altına almasını Modern.az-a hüquqşünas Əliməmməd Nuriyev fikir bildirib.

 

Hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, İspaniya Krallığı bu məsələdə böyük yanlışlığa yol verib.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) mövcud sərhədlər çərçivəsində üzv olub. Azərbaycanın dövlət kimi tanınması zamanı BMT mövcud sərhədlərimizi tanıyıb. Həmçinin dünya dövlətləri də ölkəmizi tanıyanda Azərbaycanı mövcud sərhədləri çərçivəsində, o cümlədən Dağlıq Qarabağ da daxil olmaqla qəbul ediblər.

 

Həmçinin İspaniya da Azərbaycanın suverenliyini, müstəqilliyin və ərazi bütövlüyünü tanıyıb və qəbul edib.  Dağlıq Qarabağ və ona bağlı olan bütün rayonlar Azərbaycanın ərazisidir. Bu baxımdan da hesab edirəm ki, burada çox böyük yanlışlığa yol verilib. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi və səfirliyimiz bununla bağlı İspaniyanın müvafiq strukturlarına müraciət etməlidir və düzəlişlər həyata keçirməlidir.

 

Ümumiyyətlə hal-hazırda dünyada miqrasiya prosesi gedir  və bir çox hallarda ayrı-ayrı şəxslər çox yanlış informasiyalar verməklə həmin ölkədə qalmaq hüququ əldə etməyə çalışırlar. Hesab edirəm ki, bu şəxs də belə edənlərdən biridir”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?