Modern.az

XİN ermənilərin İspaniyadakı təxribarı BARƏDƏ: Səfirliyimiz bu məsələni araşdıracaq”

XİN ermənilərin İspaniyadakı təxribarı BARƏDƏ: Səfirliyimiz bu məsələni araşdıracaq”

Hadisə

31 Avqust 2016, 15:08

Ötən gün Azərbaycanın Hadrut rayonunda anadan olan Svetlana Vartanyan-Torakanyan adlı erməni mənşəli qadının İspaniya vətəndaşlığına keçən zaman aldığı şəxsiyyət vəsiqəsində həmən rayonun Ermənistan ərazisi kimi təqdim göstərilməsi haqda məlumatı Modern.az işıqlandırmışdı.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirib.

 

“Qeyd olunan məsələ, Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi tərəfindən araşdırlacaqdır.

 

Burada hər hansı texniki bir səhvin olması və yaxud da şəxsin öz doğum yeri haqqında İspaniyanın müvafiq orqanlarına yanlış məlumatın verilməsi halının olması mümkündür”.

 

Mətbuat xidmətinin rəhbəri İspaniya Krtallığının ərazi bütövlüyümü həmişə tanıdığını da əlavə edib.

 

“İspaniya həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və hörmətlə yanaşıb”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü