Modern.az

Azərbaycanda qızların sayı azalacaq

Azərbaycanda qızların sayı azalacaq

Hadisə

31 Avqust 2016, 15:42

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda demoqrafik durum müzakirə edilib.

 

Modern.az xəbər verir ki, müzakirələrdə səslənən fikirlərə münasibət bildirən iqtisadçı Rövşən Ağayev bu tip tədbirlərin müstəqil vətəndaş cəmiyyəti üçün qapalı olduğuna təəssüflənib.

 

“Tədbirlərin vətəndaş cəmiyyətinə açıq keçirilməsi demoqrafik durumun dəyərləndirilməsi, iqitsadi inkişafın proqnozlaşdırılması baxımından əlahiddə dərəcədə önəmlidir”.

 

Maraqlıdır ki, ən azından yaxın 50 ildə ölkə əhalisinin sayı, cins və yaş strukturu indiki ilə müqayisədə necə dəyişəcək?

 

R.Ağayevin fikrincə, əmək bazarının tələbatını, daxili istehsalın səviyyəsini, resursların planlaşadırılmasında demoqrafik faktorların təsirini qiymətləndirmək baxımından belə uzunmüddətli analizlər vacibdir:

 
“Əgər müharibə, təbii fəlakətlər, səhiyyənin səviyyəsi, nəsilvermə əmsalı (hazırda 2.0) kimi faktorların təsiri sabit qalarsa, yaxın onilliklərdə doğulanların sayı və deməli, təbii artım səviyyəsi azalacaq. 


Statistikanın araşdırılması göstərir ki, uşaqların təxminən 94-95%-i anaların 18-34 yaşında dünyaya gəlir. Bu o deməkdir ki, məsələn, 2000-2016-cı ildə doğulan körpələrin 95%-ə qədəri 1982-1998-ci ildə anadan olmuş qız uşaqlarına məxsusdur. 1982-1998-ci illərdə isə Azərbaycanda 1.290 nəfər qız uşağı anadan olub. 


Yuxarıdakı göstəricidən (95%) çıxış etsək, 2017-2033-ci illərdə doğulacaq uşaqların anası 1999-2015-ci ildə dünyaya gəlmiş qızlar olamldır. 1999-2015-ci illərdə Azərbaycanda doğulan qızların sayı isə 1982-1998-ci illərdə anadan olan qızların sayından təxminən 18% (200min nəfər) azdır”.


Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır