Modern.az

Mübariz İbrahimovla bağlı müsabiqənin jurnalistləri təltif ediləcək

Mübariz İbrahimovla bağlı müsabiqənin jurnalistləri təltif ediləcək

Media

7 Fevral 2011, 13:45

«Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunun geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirmək məqsədi ilə keçirdiyi müsabiqə başa çatıb. Qəzetin redaksiyasından Modern.az-a verilən məlumata görə, fevralın 10-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin qaliblərinin təltif edilməsinə həsr olunmuş mərasim keçiriləcək.

Mərasimdə millət vəkilləri, jurnalist təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, 2010-cu ilin sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin 3 qalibi müəyyənləşdirilib. (Birinci yer – 1000 manat, İkinci yer - 500 manat, Üçüncü yer – 300 manat).
Bundan əlavə, hər biri 200 manat olmaqla 10 həvəsləndirici mükafat da veriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı