Modern.az

Əvəz Zeynallı polisə çağrıldı  

Əvəz Zeynallı polisə çağrıldı  

3 Sentyabr 2016, 12:18

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ə.Zeynallı özünün "facebook" səhifəsində məlumat verib.

 

"Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar", - Ə.Zeynallı bildirib.

 

Xatırladaq ki, Ə.Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, ötən il dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?