Modern.az

İsmayıllıda 300 kiloqram at ətinin satışının qarşısı alınıb

İsmayıllıda 300 kiloqram at ətinin satışının qarşısı alınıb

5 Sentyabr 2016, 18:01

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

 

Modern.az xəbər verir ki, 2016-ci il sentyabrın 4-də DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilmişdir.

 

Reyd nəticəsində İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə, qanunsuz olaraq rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kq miqdarında olan 3 baş atı kəsib tədarük edərkən saxlanılıb.

 

Araşdırma zamanı heyvan ətinin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi, sağlamlığına dair heç bir müşayiətedici baytarlıq arayışı olmadığı, ətlərin xarici görünüşündən onların yeni kəsildiyi, dərisi, baş-ayaqları, içalatı ətlərdən ayrılaraq ətrafa səpələnməsi və kəsimin antisanitar şəraitdə aparılması müəyyən edilib.

 

Aşkarlanmış heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

 

 

   Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir