Modern.az

Deputat Eldar Quliyev “Yeni Müsavat”ı məhkəməyə verəcək

Deputat Eldar Quliyev “Yeni Müsavat”ı məhkəməyə verəcək

8 Fevral 2011, 14:31

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, “Azərittifaq”ın İdarə Heyətinin sədri Eldar Quliyev yaxın zamanlarda “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyini bildirib. Modern.az saytına açıqlamasında deputat deyib ki, mütəmadi olaraq bu qəzetdə barəsində yanlış məlumatlar dərc olunur:
“Açığı mən bunun başqa yolunu bilmirəm. Bu gün yazıblar ki. Eldar Quliyev Koperasiya Universitetinin rektorunu vəzifəsindən kənarlaşdırıb. Əgər bunu qərəz üçün yazmayıblarsa, rektorla əlaqə saxlasınlar. Görsünlər məlumat doğrudur, yoxsa yalan. Rektor öz işindədir”.

Deputat Kooperasiya Universitenin rektorunun köməkçisinin bir müddət öncə həbs olunması ilə bağlı məsələyə də münasibət bildirib:
“Bu məsələni hüquq-mühafizə orqanları araşdırıb, nəticəyə uyğun qərarlar çıxarıb. Ona görə də burada mənim adımın hallandırılası nə dərəcədə qərəzsizdir”.

Kooperasiya Universitetinin səhmlərinin 51 faizinin ona keçməsi ilə bağlı məsələyə münasibət  bildirən Eldar Quliyev deyib ki, bunun bir neçə səbəbi olub:
“Birincisi, Azərbaycan təhsil sistemi Boloniya prosesinə uyğunlaşdırılır. İndi baxın, biz hansısa beynəlxalq tədbirdə iştirak edirik, müqavilə bağlayırıq. Bu müqaviləni bağlamaq üçün bütün kollektivi ora aparmaq mümkün deyil, axı. İkinci tərəfdən, “Azərittifaq”ın Nəzarət Şurasının sədri kimi indiyə qədər atdığım bütün adımlar qanunidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir