Modern.az

Bakıda 100-dən artıq xəstə böyrək növbəsində dayanıb

Bakıda 100-dən artıq xəstə böyrək növbəsində dayanıb

7 Sentyabr 2016, 14:20

“Klinikada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur. Hazırda isə Azərbaycanda böyrək köçürülən 732 nəfər var”.


Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov deyib. 


Şöbə müdiri bildirib ki, uşaq uroloji şöbəsi üzrə il ərzində 2100-dən artıq xəstə ambulator müayinədən keçirilir. 



"Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatına məruz qalır. Klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur". 



Ş.Nəsirov qeyd edib ki, son 5 ildə böyrək köçülürən 1 nəfər ölüb:

 

“Son 3 ildə 49 xəstədə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb. Bu gün 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə dayanıb. Klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!