Modern.az

Heydər Əliyev haqqındakı bədii film 2017-сi ildə ekranlara çıxacaq

Heydər Əliyev haqqındakı bədii film 2017-сi ildə ekranlara çıxacaq

8 Sentyabr 2016, 15:50

Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında çəkilən bədii film gələn il ekranlara çıxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə filmin prodüseri İqor Lopatenok bildirib.

 

Onun sözlərinə görə, Heydər Əliyevin həyatından bəhs edən film 2017-ci ildə Kanadanın Toronto şəhərində keçiriləcək kinofestivalda sərgilənəcək.

 

“Çəkilişlər artıq başa çatıb və hazırda film post-prodakşn mərhələsindədir. Montaj işlərini tamamlamaq üzrəyik. Film 2017-ci ildə ekranlara çıxacaq”.

 

İqor Lapotenok tammitrajlı filmlə yanaşı, Heydər Əliyev haqda 8 seriyalı telefilmin də çəkildiyini deyib. Filmdə Rusiyanın məşjur aktyorları Sergey Qarmaş, Alena Babenko və Viktor Suxorukov çəkilib. Baş rolun ifaçısının adı isə sirr olaraq saxlanılır.   

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir