Modern.az

Vahid Əhmədov: "Məmurlar da deputatlar da gəlirləri barədə deklarasiya verməlidirlər"

Vahid Əhmədov: "Məmurlar da deputatlar da gəlirləri barədə deklarasiya verməlidirlər"

9 Fevral 2011, 12:15

Azərbaycanda gəlirlərin deklarasiyası ilə bağlı qanun mövcuddur. Ancaq, hazırda bu qanunun işləməsində problemlər var. Buna münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi, millət vəkili Vahid Əhmədov da Modern.az-a açıqlamasında deklarasiyaya dair qanunun hazırda işləmədiyini qeyd edib. Onun sözlərinə görə, faktiki olaraq bu qanunun icra mexanizmi yoxdur. Elə bu baxımdan da hazırda bu qanun işləmir.

Vahid Əhmədov qeyd edib ki,  Prezident İlham Əliyevin korrupsiya ilə mübarizəyə dair son göstərişlərindən sonra, dövlət büdcəsindən maliyyələşən bütün işçilər mütləq maliyyə hesabatı və deklarasiya tutumu ilə bağlı hesabat verməlidirlər. V.Əhmədov eyni zamanda, millət vəkillərinin də deklarasiya verməli olduğunu buldirib.
“Ancaq təəssüflə qeyd edirəm ki, indiyə qədər deklarasiya verilmir. Ona görə də ortada şübhəli məqamlar yaranır”.

V.Əhmədovun fikrincə, bu məsələ mütləq öz həllini tapmalıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı