Modern.az

Fuad Muradov: "Daha bir ölkənin parlamenti Dağlıq Qarabağla bağlı sənəd qəbul edəcək"

Fuad Muradov: "Daha bir ölkənin parlamenti Dağlıq Qarabağla bağlı sənəd qəbul edəcək"

Parlament

9 Fevral 2011, 12:29

Litva parlamentinin sədri xanım İrena Dyaqutene Azərbaycanda olarkən yaxın vaxtlarda Litva seyminin Qarabağla bağlı qanun layihəsini təsdiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, seymin, artıq 50-dən çox üzvü bu məsələ ilə bağlı öz razılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Fuad Muradovla əlaqə saxladıq. Modern.az-a danışan millət vəkili qeyd etdi ki, bu məsələ ilə bağlı işci qrupu xeyli iş görüb. Belə ki, uzun müddətdir, Litvada Seymin üzvləri arasında layihənin təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır.

F.Muradov qeyd etdi ki,  bundan öncə Almaniya, İtaliya, Avropa parlamenti bu tipli sənədləri təsdiqləyiblər. Həmin sənədlərdə işğal altında olan Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycan torpaqları kimi tanınır. Millət vəkili Litva Seyminin də belə bir qərarla çıxış edəcəyinə inandığı bildirib. Millət vəkili bildirib ki, Litva Seyminin Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın xeyrinə olan müstəvidən çıxış etməsi həm də Prezident İlham Əliyevin nüfuzundan irəli gəlir.

F.Muradovun sözlərinə görə, bu məsələ yalnız Litva ilə bitmir, yaxın vaxtlarda digər bir ölkənin parlamentində Qarabağ həqiqətlərini, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd qəbul olunacaq. Lakin deputat bu ölkənin adını hələlik açıqlamaq istəmədi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü